Millimiz UEFA reytinqində irəlilədi

13:48 4 Fevral 2021

Futzal millimizin Avro-2022-nin seçmə mərhələsindəki uğurlu çıxışı UEFA reytinqindəki mövqeyimizə təsir edib.

 

Sportarena.az xəbər verir ki, dekabr ayı ilə müqayisədə millimiz 28.042 bal toplayaraq 6-cı pillədən 5-ci pilləyə yüksəlib. Komandanın 2018.78 xalı var.Millimizin seçmə mərhələsindəki rəqiblərindən  Slovakiya 19-cu, Moldova 23-cü, Yunanıstan 39-cudur.

 

Qeyd edək ki, reytinqə  İspaniya (2229.843) başçılıq edir. Rusiya (2115.118) 2-ci, Portuqaliya (2098.246) 3-cüdür. 


Digər xəbərlər

Xəbər xətti