UEFA Çempionlar Liqasının formatını dəyişir - Qrup mərhələsi ləğv olunur

09:00 6 Fevral 2021

Avropanın top-klubları yeni turnirin təşkili ilə bağlı görüşlər keçirirlər.

 

Sportarena.az xəbər verir ki, Avropa Super Liqası adlı turnirin yaradılması planı UEFA-nı reaksiya göstərməyə məcbur edir. Ali qitə qurumu bu səbəbdən Çempionlar Liqasındakı mövcud formatı dəyişməyə, rəqabəti daha cəlbedici etməyə çalışır.

 

"Sky Sport"un məlumatına görə, İngiltərə klubları UEFA-dan Çempionlar Liqasında format dəyişikliyinin baş verəcəyi barədə xəbər alıblar. Qeyd edilib ki, yeni formatda qrup mərhələsi ləğv olunacaq.

 

Yeni formatda 32 komandanın 1 qrupda mübarizə aparması planı var. Hətta klubların sayının 36-ya yüksəldilməsi də mümkündür. İsveçrə modelinə yaxın olan sistemlə UEFA daha maraqlı oyunların baş tutmasını istəyir. Dəyişikliyi "Yuventus"un prezidenti, Avropa klublar birliyinin sədri Andrea Aqnelli də dəstəkləyir.

 

UEFA-nın dəyişiklikləri müzakirə etdiyi və 2 mövsüm sonra tətbiqinin mümkün olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti