Messi 17 ildir ÇL-də qol sevinci yaşayır

10:27 17 Fevral 2021

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi UEFA Çempionlar Liqasında (ÇL) yeni uğura imza atıb.
 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb.34 yaşlı forvard 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
 

Bununla da Messi İspaniyanın “Real” və Almaniyanın “Şalke” klublarının keçmiş hücumçusu Raul Qonsalesin nailiyyətini (1995 - 2011) təkrarlayıb.

 

Qeyd edək ki, Messinin bu qolu “Barselona” üçün heç də düşərli olmayıb. Kataloniya təmsilçisi qalan dəqiqələrdə 4 qol buraxaraq meydanı 1:4 hesablı məğlubiyyətlə tərk edib. 


Xəbər xətti