Hakimi vuran məşqçiyə 73 oyunluq cəza

Sportarena.az      20 Fevral 2021 , 19:04

İspaniyanın “Yuventud Los Karmenes” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Qonsalo Baraona Martin cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Şurası “Mentemoy Boadilya” ilə matçda hakimi vuran Qonsaloya ağır cəza verib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Qonsalo federasiya tərəfindən 73 oyunluq diskvalifikasiya edilib. Məşqçi hakimə hədə-qorxu gəldiyi üçün 13, texniki zonanı tərk etdiyi və şiddətli davranışına görə 20, tibbi müdaxiləyə ehtiyacı olan hakimə hücuma görə isə 40 oyunluq cəzalanıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin