Türkiyə klubu baş məşqçisini istefaya göndərdi

Sportarena.az      22 Fevral 2021 , 18:20

Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.
 

Sportarena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.Xəbərdə Hamza Hamzaoğlu və onun köməkçiləri ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Onlara xidmətlərinə görə təşəkkür edilib, karyeralarında uğurlar arzulanıb.
 

Xatırladaq ki, Hamza Hamzaoğlu ötən ilin avqustundan “Yeni Malatyaspor”a rəhbərlik edirdi. Bu mövsüm keçirdiyi 25 oyunda 30 xal toplamış komanda Super Liqada 21 kollektiv arasında 13-cü sırada qərarlaşıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin