“Atletiko”dan növbəti qələbə - VİDEO

13:15 11 Mart 2021

Futbol üzrə İspaniya La Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, turnir cədvəlinin birinci pilləsində qərarlaşan Madrid “Atletiko”su doğma meydanda “Atletik”lə qarşılaşıb.

 

Üç qolun qeydə alındığı görüş paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb. Bu qələbə sayəsində “Atletiko” 62 xalla zirvədəki mövqeyini daha da möhkəmləndirib. Bilbao klubu isə 33 xalla 8-ci pillədə qalıb.

 

 

İspaniya La Liqası

18-ci turun oyunu

 

Atletiko – Atletik 2:1

Qol: Lyorente, 45+2. L.Suares, 51-pen – Muniayn, 21.

 

 


Digər xəbərlər

Xəbər xətti