AFFA Orxan Məmmədovu xatirə hədiyyəsi ilə yola saldı

Sportarena.az      13 Mart 2021 , 19:23

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ” - “Sabah” matçından əvvəl baş hakim Orxan Məmmədova xatirə hədiyyəsi təqdim olunub.

 

Sportarena.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik karyerasını bitirən 36 yaşlı referiyə forma hədiyyə edib.

 

Qeyd edək ki, bu, Məmmədovun baş hakim kimi sonuncu matçıdır. Bu barədə ötən gün AFFA rəsmi məlumat yaymışdı.

 

2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-10-cu illərdə hakim köməkçisi, 2015-17-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin