“Neftçi” “Səbail”ə böyük hesabla qalib gəldi, "Qəbələ" "Zirə" ilə bərabərə qaldı - YENİLƏNİB

19:07 14 Mart 2021

Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutur. Öncə “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib və matç 1:1-lik bərabərliklə bitib.

 

Turun qapanış matçında isə “Neftçi” “Səbail”i qəbul edəcək.

 

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”a 2:0 hesabıyla qalib gəlibsə, “Sumqayıt” – “Keşlə” görüşündə qalib müəyyənləşməyib - 2:2. 

 

 

Azərbaycan Premyer Liqası

20-ci tur

14 mart

 

“Qəbələ” – “Zirə” 1:1
Qol: V.Medimoreç, 23 - F.Melivilo, 90+4.
Qırmızı vərəqə: M.Giqauri, 29.

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov.

Qəbələ şəhər stadionu, 15:00.


 

“Neftçi” – “Səbail” 4:0 
Qol: N.Ələsgərov, 5, Stiven Monroz, 65, Yusuf Laval, 69, Mert Çelik, 75

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Rahil Ramazanov, Tural Qurbanov.

Bakı. “Bakcell Arena”. 17:15.


Xəbər xətti