Hazard “Real” azarkeşlərindən üzr istədi

14:23 7 May 2021

İspaniyanın “Real” klubunun futbolçusu Eden Hazard azarkeşlərdən üzr istəyib.

 

Sportarena.az xəbər verir ki, Madrid klubunun Çempionlar Liqasının yarımfinal mərhələsində “Çelsi”yə məğlub olduğu görüşdən (0:2) sonra keçmiş komanda yoldaşları ilə zarafatlaşarkən, gülən vəziyyətdə görüntülənən Hazard, “instagram” hesabı vasitəsilə “Real” azarkeşlərindən üzr istəyib. O, paylaşımında bunları qeyd edib:

 

“Məyusam. Haqqımda yazılanları oxudum. “Real” azarkeşlərini incitmək kimi bir fikrim yox idi. “Real”da oynamaq hər zaman xəyalım olub və bura qazanmağa gəlmişəm. Mövsüm bitməyib və La Liqada çempionluq üçün mübarizə aparacağıq”.

 

Hazard 2019-cu ilin yayında “Çelsi”dən “Real”a keçib. Belçikalı futbolçu bu mövsüm Madrid klubu ilə 18 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti