"Qarabağ"dan darmadağın, Zirədə heç-heçə - YENİLƏNİB

00:03 10 May 2021

Futbol üzrə Azərb aycan Premyer Liqasında 26-cı tura yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub. Əvvəlcə “Zirə” doğma meydanda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda qapılara qol vurulmayıb. 
 

Turun qapanış matçında isə “Qarabağ” “Sabah”la üz-üzə gəlib. Ağdam təmsilçisi liderliyini qorumaq üçün mütləq qələbə qazanmalıydı. Əks halda, bir gün əvvəl qələbə qazanan “Neftçi” çempionluq yarışında yenidən önə keçmiş olacaqdı. Amma Ağdam klubu darmadağınla qalib gələrək buna imkan verməyib.

 

Xatırladaq ki, dünən “Neftçi” səfərdə “Səbail”ə 4:0, “Sumqayıt” isə “Keşlə”yə 1:0 hesabıyla qalib gəlib.

 

 

 

“Sabah” – “Qarabağ” - 0:4 
Qollar: Abdullah Zubir, 28, Mahir Emreli, 32, Xayme Romero, 40, Maksim Medvedev, 45+3-pen.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“Bank Respublika Arena”.

 

“Zirə” – “Qəbələ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu 


Digər xəbərlər

Xəbər xətti