“Neftçi”dən son 10 ilin rekordu

13:35 10 May 2021

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”ə 4:0 hesabı ilə qalib gələn “Neftçi” mövsümdə 5-ci böyükhesablı qələbəsini qazanıb.
 

Sportarena.az xəbər verir ki, bu, Bakı klubu üçün son 10 ildə rekord göstəricidir. Paytaxt təmsilçisi 2010/11 mövsümündən sonra bu qədər böyükhesablı qələbə qazanmamışdı. Həmin il “ağ-qaralar” 6 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. Bakılıların mütləq rekordu isə 1992-ci ildə qeydə alınıb. Həmin vaxt komanda 14 dəfə rəqibini böyük fərqlə məğlubiyyətə edib.
 

Qeyd edək ki, “Neftçi” bu mövsüm “Qəbələ” (4:1), “Zirə” (4:0) və “Keşlə”ni (3:0) bir, “Səbail”i iki (4:0, 4:0) dəfə böyük hesabla üstələyib.(pfl.az) 


Xəbər xətti