"Qarabağ", "Neftçi" və "Zirə" qələbə qazandı - YENİLƏNİB

21:25 14 May 2021

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.
 

Sportarena.az xəbər verir ki, turun bütün görüşləri bu günə təyin edilib.Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"la qarşılaşacaq. Digər oyunda lider "Qarabağ" "Keşlə"ni qəbul edəcək. Eyni vaxta başlayacaq oyunlarda "Neftçi" "Sumqayıt"ın, "Səbail" "Zirə"nin qonağı olacaq.
 

Bu gün "Qarabağ"ın çempion olmaq şansı var. Ağdam klubu "Keşlə"ni məğlub etsə və "Neftçi" Sumqayıt səfərindən xalsız dönsə, son turun nəticəsindən asılı olmayaraq "Qarabağ" çempionluğunu rəsmiləşdirəcək. Qeydə alınan istənilən digər hesab isə çempionluğun taleyini son tura saxlayacaq.
 

Mövsümün son turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək.


14 may (cümə)

17:00.“Qəbələ” –“Sabah” 2:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

 

19:00.“Qarabağ” – “Keşlə” 2:0
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
“Azersun Arena” 

 

19:00.“Sumqayıt” – “Neftçi” 0:1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”
 

19:00.“Zirə” – “Səbail” 2:0
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu 


Digər xəbərlər

Xəbər xətti