"Yeni imzan xeyirli olsun" - Röyadan Mahir paylaşımı

12:32 31 May 2021

Xalq artisti Röya "Qarabağ"dan ayrılacağı gözlənilən milli komandamızın oyunçusu Mahir Emreli ilə bağlı rəsmi İnstaqram hesabında paylaşım edib.

 

O, 23 yaşlı hücumçu ilə birgə fotosunu paylaşaraq, onun xarici klublardan birinə keçidini işarə edib:

 

"Dostlarımın uğur qazanan övladını görəndə xoşbəxt oluram. Allah bizi övladlarımızla sevindirsin. Mahir, sənə inanırıq. Yeni imzan da xeyirli olsun".

 

Qeyd edək ki, Mahir Emrelinin yaxın vaxtlarda xarici klublardan biri ilə müqavilə bağlayacağı gözlənilir. Onun adı daha çox "Legiya" (Polşa) ilə hallanır. 



Digər xəbərlər

Xəbər xətti