"Sabah" yarımmüdafiəçisi ilə yolları ayırdı

11:01 2 İyun 2021

“Sabah” klubla müqavilə müddəti başa çatan futbolçusu Elşən Abdullayevlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi 2018-ci ildən komandanın uğurları üçün çalışırdı.

 

“Sabah” FK futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.


Xəbər xətti