"Neftçi" qapıçısı ilə müqaviləni yeniləmədi

14:24 12 İyun 2021

“Neftçi” qapıçı Səlahət Ağayev ilə başa çatan müqaviləni yeniləməyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. “Neftçi” göstərdiyi xidmətə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb. 


Digər xəbərlər

Xəbər xətti