"Sumqayıt" daha bir futbolçu ilə anlaşdı

09:12 16 İyun 2021

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Eltun Turabovla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Eltun Turabov ötən mövsüm 14 oyunda "Sumqayıt"ın formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb. 


Xəbər xətti