"Qarabağ" klubu "Arsenal"la qarşılaşacaq

13:28 16 İyun 2021

"Qarabağ"ın yay təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi komandalardan biri məlum olub.

 

Ağdam təmsilçisi Rusiyanın "Arsenal" klubu ilə üz-üzə gələcək. Məlumatı tulalıların mətbuat xidməti yayıb. Bildirilib ki, matç avqustun 11-də Avstriyada baş tutacaq.

 

"Qarabağ" hazırda təlim-məşq toplanışını Bakıda davam etdirir.  


Digər xəbərlər

Xəbər xətti