"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yenilədi

13:00 17 İyun 2021

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt"  daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

 

Klubun "Feysbuk" səhifəsi xəbər verir ki, Tellur Mütəllimov növbəti mövsümdə də komandada çıxış edəcək.

 

Qeyd edək ki, ötən mövsümdən "Sumqayıt"ın şərəfini qoruyan Tellur Mütəllimov ümümilikdə 25 oyunda meydana çıxıb. O, 3 dəfə də rəqib qapılarına yol tapmağa müvəffəq olub. Tellur həmçinin Azərbaycanın U-21 və "A" millilərinin uğurları üçün çalışıb. 


Digər xəbərlər

Xəbər xətti