"Neftçi" "Spartak"a qalib gəldi - YENİLƏNİB

22:19 29 İyun 2021

Təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama oyununu keçirib.

 

Bakı təmsilçisi Rusiyanın “Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçirilən görüş Bakı vaxtı ilə saat 19:30-da başlayıb. Qarşılaşma "Neftçi TV" vasitəsi ilə canlı yayımlanıb.

 

Sloveniyanın Kranyska Qora bölgəsində məskunlaşan "Neftçi" iyunun 21-də “Olimpiya” (Sloveniya) ilə 1:1 hesablı heç-heçə edib, iyulun 24-də isə “Domjale”yə (Sloveniya) 1:2 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

29 iyun

19:30. "Neftçi" - "Spartak" (Rusiya)  2:1
Avstriya, “Sportzentrum Landskron” stadionu 


Digər xəbərlər

Xəbər xətti