“Bu, hamımız üçün böyük məyusluqdur" - Almaniya millisinin baş məşqçisi

13:49 30 İyun 2021

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin 1/8 finalında İngiltərəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyunu şərh edib.

 

O, matçla bağlı deyib: “Bu, hamımız üçün böyük məyusluqdur. Avropa çempionatında daha çox şey qazanacağımıza ümid edirdik və komandamıza inanırdıq. Bu cür matçlarda əlinizdəki az şansdan istifadə etmək lazımdır. Timo Verner və Tomas Müller, təəssüf ki, onlardan yararlana və qol vura bilmədilər. Ümumiyyətlə, məğlub olmağımız dəhşətlidir". 


Digər xəbərlər

Xəbər xətti