"Zirə"dən növbəti transfer

18:37 2 İyul 2021

"Zirə" heyətinə yeni futbolçu cəlb edib.
 

Paytaxt təmsilçisi Anar Nəzirovla 1 illik müqavilə imzalayıb.

 
Qeyd edək ki, son olaraq "Qəbələ"də çıxış edən 35 yaşlı qapıçı daha əvvəl 2015-18-ci illər aralığında da "Zirə"nin şərəfini qoruyub. O, həmçinin "Kəpəz", "Neftçi", "Turan", "Standart" və "Sumqayıt"da oynayıb.

Xatırladaq ki, "Zirə" bu gün braziliyalı hücumçu Velvis Damakenanın transferini də açıqlayıb. 


Digər xəbərlər

Xəbər xətti