Azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020-də yarımfinala yüksəldi

13:37 3 Avqust 2021

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Tokio-2020-də mübarizəyə başlayıb.

31 yaşlı idmançı 200 metr məsafəyə qaçışda təsnifat mərhələsində finişə 20.54 saniyə ilə ikinci çatıb və yarımfinala yüksəlib. Yarımfinal mərhələsi Bakı vaxtı ilə saat 15:50-də start götürəcək.

 

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Londonda dünya, 2018-ci ildə  Berlində Avropa çempionu olub. 


Xəbər xətti