Namiq Ələsgərov müqavilə imzalamaq üçün Türkiyəyə yollanır

10:34 9 Avqust 2021

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyə TFF I Liqa təsmilçisi "Bursaspor"la müqavilə imzalamağa hazırlaşır.

 

O, bu gün Bursaya gedəcək və son danışıqları aparacaq. 26 yaşlı futbolçunun transferi tezliklə rəsmiləşəcək.

 

"Bursaspor"un vitse-prezidenti Emin Adanur hücumameyilli yarımmüdafiəçinin keçidinin 99 faiz həll olunduğunu bildirib. O, bu transfer üçün "Neftçi"yə oyunçunun müqaviləsinin ləğvi üçün yer alan təzminat məbləğini ödəyəcəklərini vurğulayıb.

 

Ələsgərov 2017-ci ildə "Qarabağ"dan "Neftçi"yə keçmişdi. 


Digər xəbərlər

Xəbər xətti