"Real" Benzema ilə yeni müqavilə imzaladı

17:33 20 Avqust 2021

İspaniyanın "Real" klubunda yeni müqavilə qeydə alınıb.

 

"Kral klubu" Kərim Benzema ilə yeni sözləşmə imzalayıb. Fransa millisinin üzvü 2023-cü ilin yayına kimi La Liqa klubunun şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Kərim Benzema "Lion"un yetirməsidi. 34 yaşlı hücumçu Fransa təmsilçisindən "Real"a 2009-cu ildə transfer olub. O, Madrid klubunun heyətində meydana çıxdığı 560 qarşılaşmada 281 qol, 144 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti