Radamel Falkao "Qalatasaray"dan ayrılır

10:39 26 Avqust 2021

"Qalatasaray" illik bonuslarla birlikdə 9,5 milyon avro maaş alan Radamel Falkao ilə yollarını ayırmağa hazırlaşır.

 

35 yaşlı hücumçu karyerasını Amerikada davam etdirəcək. Kolumbiyalı futbolçu Devid Bekhemin sahibi olduğu "Mayami İnter"lə anlaşıb. Transferin bu həftə rəsmiləşəcəyi gözlənilir.

 

Falkao "Qalatasaray"da keçirdiyi 43 oyunda 20 qol vurub, 3 məhsuldar ötürmə edib. O, 2019-cu ildə "Monako"dan İstanbul klubuna keçmişdi.


Digər xəbərlər

Xəbər xətti