"Mançester Yunayted" Ronaldo üçün 15 milyon avro təzminat ödəyəcək

11:47 31 Avqust 2021

"Yuventus" "Mançester Yunayted"ə transfer olunan  Kriştiano Ronaldonun gedişi ilə bağlı açıqlama yayıb.

Sportarena.az xəbər verir ki, klub rəsmi saytı vasitəsi ilə 36 yaşlı hücumçuya təşəkkür edib.

 

Bundan başqa Turin təmsilçisi portuqaliyalı oyunçunun trasnferinin detallarını açıqlayıb. "Mançester Yunayted"in Ronaldo üçün 15 milyon avro təzminat ödəyəcəyi vurğulanıb. Bu məbləğin 5 il ərzində ödənməli olduğu bildirilib.Bundan başqa, "Qırmızı şeytanlar"  və Ronaldonun şəxsi uğurlar qazandıqda, "Yuventus" üçün 8 milyon avro məbləğində bonuslar nəzərdə tutulur.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında Turin klubunda oynayırdı.


Digər xəbərlər

Xəbər xətti