Prezident İlham Əliyev Tokioda medal qazanan idmançıları təbrik etdi

12:02 4 Sentyabr 2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycana növbəti qızıl medalları qazandıran idmançıları təbrik edib.

 

Sportarena.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “tvitter” hesabında paylaşım edib. Paylaşımda bunlar qeyd olunub:

 

“Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”


Digər xəbərlər

Xəbər xətti