Bakıya gəlməyən Kriştiano Ronaldo İngiltərədə karantinə alındı

16:33 4 Sentyabr 2021

Portuqaliya yığmasının düşərgəsindən ayrılıb İngiltərəyə gedən "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo 5 gün karantində qalacaq.

Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" yerli hökumətə 36 yaşlı hücumçu üçün karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.

Portuqaliyalı oyunçu koronavirus testi mənfi çıxdıqdan 5 gün sonra komanda ilə məşqlərə başlaya biləcək.

Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyü üçün sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.


Xəbər xətti