"Mahir Emreli daha güclü liqaya transfer olacaq" - AÇIQLAMA

13:03 13 Sentyabr 2021

Polşa mətbuatında yenə də "Legiya" və millimizin hücumçusu Mahir Emrelinin çıxışı haqda yazıblar.

Sportarena.az xəbər verir ki, 24 yaşlı forvard çempionatın ən parlaq oyunçuları sırasında göstərilib.

"Sport1" portalı Emrelinin "Legiya"nın Avropa Liqasının qrup mərhələsinə düşməsində əhəmiyyətli rol oynadığını və haqlı olaraq Polşa çempionatına yayda gələn futbolçular sırasında ən parlaq 8-9 oyunçu arasında olduğunu qeyd ediblər.

Polşalı həmkarlarımızın fikrincə, Emreli “Legiya”da qalmayacaq və böyük transfer məbləği ilə daha güclü liqaya transfer olacaq.


Digər xəbərlər

Xəbər xətti