"Üstünlük “Qarabağ”ın tərəfində idi" - "Bazel"in baş məşqçisi

23:56 16 Sentyabr 2021

Avropa Konfrans Liqası qrup mərhələsinin ilk turunda "Qarabağ" "Bazel"lə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmen oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox sürətli oyun izlədik. Üstünlük “Qarabağ”ın tərəfində idi. Rəqib pressinq edirdi. Son dəqiqələrdə bəxtimiz gətirdi. Çox templi oyun keçdi.

 

- Qrupun favoriti sayılan “Bazel” bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Ümumi oyuxa baxsaq, biz bu gün 1 xal qazandıq. Üstünlük rəqibin tərəfində idi. Hücumlarımızın sonu yox idi.

 

- Püşkdən sonra daha güclü rəqiblər gözlədiyinizi demişdiz. Bu oyundan sonra da eyni fikirdəsiz?

- Mən belə söz deməmişəm. Azarkeşələr görə demişdim ki, bu rəqiblərə görə stadion dolmayacaq.

 

- Sizcə qrupun ən güclü komandaları “Qarabağ”la “Bazel”di?

- “Qarabağ” çox güclü rəqibdi. Dünən də dediyim kimi “Kayrat”la bağlı çox məlumatımız yoxdu. “Omoniya”ya gəlincə, Kiprdə oynamaq çox çətindi. “Qarabağ”a hörmətlə yanaşıram. İllərdi avrokubokların qrup mərhələsində oynayırlar.

 

- Bu oyunla qrupdan çıxacağınıza inanaırsız?

- Rəqib qapıya olan son 25 metrdə olan oyunu göstərsək, yox.

 

- Nəticədən razı qaldız?

- Bəli, nəticədə razıyam.


Xəbər xətti