Andrey Şevçenko Türkiyə millisini çalışdıra bilər

13:28 17 Sentyabr 2021

Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko Türkiyə yığmasını çalışdıra bilər.

Sportarena.az xəbər verir ki, 44 yaşlı mütəxəssis "ay-ulduzlular" üçün əsas namizədlərdən biridir. Şevçenko Ukrayna mətbuatına açıqlamasında Türkiyə Futbol Federasiyası ilə razılığa gəlməsi haqqında danışmağın tez olduğunu bildirib. 

 

Xatırladaq ki, 5 il Ukrayan millisini çalışdıran Şevçenko bu yay yığmadan ayrılıb.


Xəbər xətti