Samir Abasov: "Bütün komandalar belə vəziyyətə düşə bilər"

01:04 20 Sentyabr 2021

Azərbaycan Premyer Liqasında IV turun “Neftçi” – “Keşlə” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:

 

- Sezar qol vursa da, hazır görünmürdü. Onu əvəzləyəndən sonra komanda hücumda daha yaxşı oynadı...
- Mən bir neçə mətbuat konfransına baxmışam və bir dəfə hansısa baş məşqçiyə belə suallar verilmir. Niyə hər dəfə məndən soruşulur?! Meza Kolli birinci hissədə komandanın ən yaxşısı idi. Əvəzlənməsi zədəsinə görə idi. Oynamaması bizə çox pis təsir etdi.

 

- Yeni oyunçularınız ritmə düşürlərmi?
- Bəli. İnanıram ki, bizə xeyir verəcəklər. Ramon Maşado Tiaqoya baxanda daha hazırlıqlıdı. Hələ bəlkə də, 1 hissə oynamaq da onlar üçün çoxdu. Ancaq meydana çıxdıqca formaya düşəcəklər. Belə futbolçular olduqda, digər oyunçular da rəqabəti hiss edirlər. Bu gün meydanda olan hər iki futbolçudan bizə xoş siqnallar gəldi.

 

- Avrokuboklardan sonra bir qədər rahatlaşmısız?
- Hər həftə oyuna çıxırdıq. Əlimizdə olan heyətdən istifadə etməliydik. Gözləntilər çox idi və ola bilsin ki, reallıqdan qaçmışdıq. Azarkeşlərimiz bir az səbrli olsunlar. Hər şey bir günün içində düzəlmir. Biz də qrup mərhələsinə düşəcəyik. Buna inanıram. Sadəcə, vaxt lazımdı. Qrupa 100 faiz düşəcəyik. Öz qarşıma bu məqsədi qoymuşam. Bu arada Sənan Qurbanovun mətbuat konfransını izlədim. Ona səbrli olmağı arzulayıram. Pis vəziyyətdə olan komanda ilə kubok qazandı. Başqa komandanın işinə qarışmaq istəmirəm, amam dediklərinə qatılıarm. Hər şeyi nöqtəsinə qədər doğru qeyd etdi. Bütün komandalar belə vəziyyətə düşə bilər.

 

- Romen Bask və Harramizin adı iştirak ərizəsində niyə yox idi?
- Bask və Harramizin övladları dünyaya gəldiyi üçün onlara icazə vermişik.

 

- Komandada leginer sayı çoxalıb. Necə edəcəksiz ki, hamısı oynasın?
- Hamısını oynatmağı çox istəyərdim. Bu geniş müzakirə mövzusudu. əsas odu ki, hamısı sağlam olsun.

 

- Yeni transfer olunan futbolçular avrokuboklar zamanı istədiklərinizdi?
- Həmin oyunçular deyil. Rukavitsa Bakıya gəlmişdi, amma alınmadı. İndi ona baxmalıyıq ki, bu futbolçular da ilin əvvəli bizim üçün əlçatmaz idi.


Xəbər xətti