İngiltərə çempionatı: "Çelsi" səfərdə qələbə qazandı - VİDEO

03:14 20 Sentyabr 2021

İngiltərə Premyer Liqasında 5-ci tura yekun vurulub. 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib.
 
“Mançester Yunayted” səfərdə “Vest Hem”ə, "Brayton" evdə "Lester"ə 2:1 hesabı ilə qalib gəlib. “Tottenhem” isə  doğma meydanda “Çelsi”yə 0:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, turnir cədvəlində 13 xalla "Çelsi, "Liverpul" və "Mançester Yunayted" 1-3-cü pillələri bölüşdürürlər.

 

19 sentyabr

"Brayton" – "Lester" - 2:1
Qollar:
 Maupay, 35-pen, Uelbek, 50 – Vardi, 61
 
"Vest Hem" – "Mançester Yunayted" - 1:2
Qollar
: Benrahma, 30 – Ronaldo, 35, Linqard, 89
 
"Tottenhem" – "Çelsi" - 0:3
Qolla
r: Silva, 49, Kante, 57, Rüdiger, 90+2

 

 


Xəbər xətti