Azərbaycan I Divizionda V turun oyun cədvəli açıqlandı - "Qəbələ"nin oyunu təxirə salındı

Sportarena.az      15 Oktyabr 2021 , 15:38

Futbol üzrə Azərbaycan I Divizionda V turun oyun cədvəli açıqlanıb. 

Sportarena.az xəbər verir ki, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edən “Qəbələ”nin müraciəti və “Səbail”in razılığı ilə turun “Səbail-2” – “Qəbələ-2” oyunu oktyabrın 19-dan noyabrın 11-nə təxirə salınıb. Bu haqda PFL-in saytı məlumat yayıb.

 

Turun “Zirə-2” – “Sabah-2” görüşündən başqa bütün qarşılaşmaları I Divizionun yutub kanalında canlı yayımlanacaq.

19 oktyabr (çərşənbə axşamı)

“Neftçi-2” – “Sumqayıt-2”
Türk Hava Yolları Futbol Mərkəzi (ehtiyat meydança), 15:00

“Keşlə-2” – “Qarabağ-2”
“ASK Arena”, 15:00

20 oktyabr (çərşənbə)

“Zirə-2” – “Sabah-2”
“ASK Arena”, 14:00

MOİK – “Zaqatala”
Binə qəsəbə stadionu, 14:00

“Turan Tovuz” - “Qaradağ Lökbatan”
Tovuz şəhər stadionu, 14:30

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin