Ramin Musayev: “Qəbələyə getməkdən bezmişik”

16:32 10 Noyabr 2021

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “Keşlə” klubunun “Şamaxı” adı altında çıxış etməsinə münasibət bildirib.

Sportarena.az xəbər verir ki, Musayev bunu müsbət qiymətləndirdiyini söyləyib:

 

“Şamaxı maraqlı, gəzməli yerdir. Ayrı vaxt bizi biabır edirsiniz ki, Bakı çempionatıdır. Şamaxıda futbol olması yaxşıdır. Qəbələyə getməkdən bezmişik. Nə qədər Qəbələ - Bakı yolunu getmək olar. Bölgələrdə komandaların sayının çoxluğu daha maraqlı olar. Şamaxıya getmək orada yaşayan gənclərə stimul olacaq. Heç olmasa 4-5 nəfərdə futbola maraq yaratsa, o da bir şeydir". 


Xəbər xətti