"PSJ-nin hədəfi Çempionlar Liqasını qazanmaqdı" - Lionel Messi

10:55 15 Dekabr 2021

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqası ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, argentinalı hücumçu hədəflərinin kuboku qazanmaq olduğunu bildirib. "Barselona"dan PSJ-yə transfer olan Messi Parisdə xoşbəxt olduğunu deyib:

 

"PSJ-nin hədəfi Çempionlar Liqasını qazanmaqdır. Komandadakı hər kəsin hədəfi budur. Çempionlar Liqası bütün böyük klublar üçün özəl turnirdir. Parisə köçmək mən və ailəm üçün böyük bir dəyişiklik oldu. Çünki uzun müddət eyni şəhərdə yaşamışdıq. Yaşadığımız yeri dəyişmək bizim üçün asan olmadı. Amma hazırda dünyanın ən yaxşı komandalarından birində oynadığım bu gözəl şəhərdə özümüzü yaxşı hiss edirik. Çox xoşbəxtik".


Digər xəbərlər

Xəbər xətti