İngiltərə Liqa kuboku: "Arsenal" "Liverpul"a, "Çelsi" "Tottenhem"ə rəqib oldu

12:27 23 Dekabr 2021

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Sportarena.az turnirin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, 1/2 finalda "Arsenal" "Liverpul"la, "Çelsi" "Tottenhem"ıə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finalda "Liverpul" "Lester"i penaltilər seriyasında, "Çelsi" "Brentford"u, "Arsenal" "Sanderlend"i, "Tottenhem" isə "Vest Hem"i məğlub edib.

Əlavə edək ki, yarımfinal iki qarşılaşmadan ibarət olacaq. İlk oyunlar yanvarın 5-də, cavab görüşləri isə yanvarın 12-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti