“Real” “Barselona” üzərində qələbə ilə finala yüksəlib

09:41 13 Yanvar 2022

Futbol üzrə İspaniya Super Kubokuna start verilib. 4 komandanın iştirakı ilə keçirilən Super Kubokun ilk yarımfinal oyununda “Real” və “Barselona” üz-üzə gəlib.
 
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan “el-klasiko” məhsuldar alınıb. Dörd qolun qeydə alındığı əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda daha bir qol vuran “Real” finala yüksəlib.
 
Madrid təmsilçisinin həlledici görüşdəki rəqibi yanvarın 13-də keçiriləcək “Atletiko” - “Atletik” duelinin qalibi olacaq. Final qarşlaşması yanvarın 16-da keçiriləcək.
 
İspaniya Super Kuboku
Yarımfinal
 
Barselona - Real 2:3
Qollar: De Yonq, 41. Fati, 83 - Vinisius, 25. Benzema, 72. Valverde, 98.


Digər xəbərlər

Xəbər xətti