Kəmaləddin Heydərov istefa verir?

12:28 8 Fevral 2022

Sabah  Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçiriləcək.
 
Sportarena.az xəbər verir ki, saat 11:00-da start götürəcək tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında olacaq. Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adına aydınlıq gələcək.
 
Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olacaq. Onu əvəzləməyə namizəd olan şəxsin adı açıqlanmır.
 
Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir. 


Digər xəbərlər

Xəbər xətti