"Neftçi" - "Qəbələ": 59-cu duel

01:34 18 Mart 2022

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsindəki son turda “Qəbələ” “Neftçi” ilə görüşəcək.

 

Bakıdakı “Bakcell Arena”da keçiriləcək matç iki komanda arasında 59-cu duel olacaq.

 

Komandalar indiyədək 58 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 25 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran "Qəbələ" futbolçuları 84 qol buraxıb. Son üç qarşılaşmada heç-heçə qeydə alınıb. Bu görüşlərin üçündə də hər iki tərəf qol sevinci yaşayıb.

 

Bu matç Premyer Liqa çərçivəsində 54-cü qarşılaşma olacaq. Əvvəlki 53 qarşılaşmada 16 qələbəsi olan  13 dəfə bir xalla kifayətlənib və 24 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 78 top buraxıb. 

 

“Neftçi” ilə səfərdə 30-cu dəfə görüşəcək “Qəbələ” rəqib meydanında 9 dəfə qalib gəlib, 8 heç-heçə edib və 12 dəfə uduzub. "Qəbələ" səfərdə 36 qol vurub, 39-nu buraxıb.(gabalafc.az)

 

Xatırladaq ki, martın 18-də “Bakcell Arena”da keçiriləcək matç 19:37-də başlayacaq.


Xəbər xətti