"Qarabağ" "Səbail"i, "Sabah" "Sumqayıt"ı məğlub etdi

07:45 3 Aprel 2022

Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. "Qarabağ" "Səbail"i qəbul edib. Günün son matçında "Sumqayıt" evdə "Sabah"la qarşılaşıb.

Tura aprelin 3-də keçiriləcək "Qəbələ" - "Keşlə" və "Neftçi" - "Zirə" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

2 aprel (şənbə)

"Qarabağ" – "Səbail" 5:1

Qol: Leandro Andrade, 3, 41, Ramil Şeydayev, 53, 56, Elvin Cəfərquliyev, 86 - Nikolas Raysel, 62 (pen)
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Azersun Arena".

“Sumqayıt” – “Sabah” 3:0

Qol: Aleksey İsayev, 22, Xuan Kamara, 25, Coy-Lens Mikels, 60

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
​“Kapital Bank Arena”.


Xəbər xətti