Azərbaycan Cüdo Federasiyasının prezidentinə vəzifə verildi

13:00 14 Aprel 2022

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

Sportarena.az xəbər verir ki, bu barədə İJF-nin rəsmi saytı məlumat yayıb. Nəbiyev qurumun nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

​Rəşad Nəbiyev 2021-ci ilin noyabrından Azərbaycan Cüdo Federasiyasının prezidentidir. 


Digər xəbərlər

Xəbər xətti