Azərbaycanlı boksçu Avropa çempionu oldu

14:00 21 Aprel 2022

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyində final döyüşlərinə start verilib.

Sportarena.az xəbər verir ki, millimizin üzvü Kənan Babayev Telet Yağlı(Türkiyə), Oruc Əhmədov(Gürcüstan) və Tedi Coysu(İrlandiya) məğlub edərək finalda polşalı Nikolas Marsel Pavliklə üz-üzə gəlib.

48 kiloqram çəki dərəcəsində baş tutan görüşdə Babayev qələbə qazanıb. Bu nəticə Kənana qitə birinciliyinin qızıl medalını qazandırıb.

Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, Babayevdən öncə Amin Məmmədzadə (51 kq) 3-cü yeri tutub. 


Digər xəbərlər

Xəbər xətti