"Bavariya" Haaland xəbərlərini belə təkzib etdi

15:45 25 Aprel 2022

"Bavariya"nın idman direktoru Hasan Salihamidzic Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haalandı transfer edəcəkləri ilə bağlı iddialara münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bu məlumatların doğru olmadığını deyib:

 

"Komandamızda dünyanın ən yaxşı hücumçusu var. O, Robert Levandovskidir. Bu cür xəbərlərin mənası yoxdur”.

 

Qeyd edək ki, Haalandla "Real" da maraqlanır. 


Xəbər xətti