Poqba "Mançester Yunayted"dən də ayrıldı

13:35 26 Aprel 2022

"Mançester Yunayted"in futbolçusu Pol Poqba yay transfer pəncərəsində klubu tərk edəcək. 

 

Sportarena.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi “qırmızı şeytanlar”dan ayrılacağını artıq komanda yoldaşlarına da deyib.  Fransalı oyunçu daha sonra komandanın söhbət qrupunu da tərk edib.

 

Qeyd edək ki, Poqbanın "Mançester Yunayted"lə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub. Daha əvvəl klubun baş məşqçisi Ralf Ranqnik futbolçunun sözləşməni yeniləmək fikrində olmadığını deyib. 

 
 


Digər xəbərlər

Xəbər xətti