Fransa çempionatı: PSJ qələbəni əldən verdi

14:00 9 May 2022

Futbol üzrə Fransa çempionatında 36-cı turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bazar günü altı qarşılaşma baş tutub.

“Anje” “Bordo”nu, “Klermon” isə “Monpelye”ni məğlub yola salıb. “Lans” səfərdə “Reyms” üzərində qələbəyə sevinib. Marsel “Olimpik”i səfərdə “Loryan”ı 3 cavabsız qolla məğlub edib. Lion “Olimpik”i isə “Mets”lə səfər oyunundan məğlubiyyətlə ayrılıb.

Ötən tur çempionluğu rəsmiləşdirən PSJ bu həftə “Trua” ilə qarşılaşıb. Paris təmsilçisi bu oyunda qələbəni əldən verib.

Fransa Liqa 1
36-cı tur

Mets – Olimpik (Lion) 3:2
Qol: Payot, 27. Lamkel, 40. Bulaya, 90 – Dembele, 43; 84.

Anje – Bordo 4:1
Qol: Ço, 5. Mendi, 36. Bahoken, 62. Laqe, 90 – Mara, 60.

Klermon – Monpelye 2:1
Qol: Raşami, 4. Bayo, 69-pen – Şotar, 32.

Reyms – Lans 1:2
Qol: Zeneli, 28 – Sotoka, 55. Fofana, 90+1.

Loryan – Olimpik (Marsel) 0:3
Qol: Dienq, 39. Genduzi, 48. Jerson, 67.

PSJ – Trua 2:2
Qol: Markinyos, 6. Neymar, 25-pen – Uqbo, 30. Tardieu, 49-pen.


Xəbər xətti