İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına 8 namizəd yer alıb

14:29 14 May 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. Sportarena.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı adına 8 namizəd var.
 
Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Cerrod Bouen (“Vest Hem”), Joao Kanselo, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”), Son Xın Min (“Tottenhem”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”).
 
Mövsümün ən yaxşı məşqçisi adına isə beş mütəxəssis namizəddir. Bunlar Xosep Qvardiola (“Mançester Siti), Patrik Vieyra (“Kristal Pelas”), Tomas Frank (“Brentford”), Eddi Hau (“Nyukasl”) və Yurgen Kloppdur (“Liverpul”).


Xəbər xətti