FİDE-nin yeni reyinq siyahısı açıqlandı - Teymur Rəcəbov mövqeyini qorudu

11:18 1 İyun 2022

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportarena.az FİDE-nin saytına istinadən xəbər verir ki, ilk "10-luq"da heç bir təmsilçimiz yer almayıb. Şəhriyar Məmmədyarov 2751 xalla 7 pillə geriləyib. O, 14-cü yerdə qərarlaşıb. Teymur Rəcəbov 2753 xalla 13-cü sıradakı mövqeyini qoruyub. Qədir Hüseynov (2668) 78-ci, Rauf Məmmədov (2656) isə 88-ci pillədə qərarlaşıb.

Siyahıya Maqnus Karlsen (2864, Norveç) başçılıq edir. Dinq Liren (2806 Çin) 2-ci, Alireza Firuzca (2793, Fransa) 3-cü pillədə qərarlaşıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2454) 26-cı, Gövhər Beydullayeva (2390) 59-cu, Gülnar Məmmədova (2380) 68-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti