"Barselona"nın baş məşqçisi səkkiz futbolçunun adını rəhbərliyə təqdim etdi

14:32 6 İyun 2022

"Barselona"nın baş məşqçisi Xavi komandada görmək istədiyi futbolçuların siyahısını klub rəhbərliyinə təqdim edib.

Sportarena.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Xəbərə görə, 42 yaşlı mütəxəssisin transfer siyahısında 8 futbolçu var.

"Mançester Siti"nin futbolçusu Bernardo Silva, "Milan"dan Frank Kessye, "Lids"dən Rafinya, "Çelsi"dən Andreas Kristensen, Sezar Azpilikueta, Markos Alonso, "Sevilya"dan Jül Kunde, həmçinin "Bavariya"nın forvardı Robert Levandovski Xavinin Kataloniya klubunda görmək istədiyi futbolçulardır.

Qeyd edək ki, Xavi 2021-ci ildən Barselona təmsilçisinə rəhbərlik edir. Klub onun başçılığı altında geridə qalan mövsümü 2-ci pillədə başa vurub. 


Digər xəbərlər

Xəbər xətti