İstefa verən baş katib yenidən vəzifəsinə qayıtdı

16:41 14 İyun 2022

İyunun 10-da Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi vəzifəsindən istefa verən Hafiz Verdiyev yenidən öz işinə qayıdıb.

Bu barədə “Qafqazinfo”ya federasiyanın prezidenti Ələddin Əliyev məlumat verib. O bildirib ki, Hafiz Verdiyevlə aralarındakı problem həll edilib: “Hafiz müəllim, yenidən federasiyanın baş katibidir. Onunla olan bütün problemli məsələlər həll edilib”. 

Hafiz Verdiyev özü də saytımıza açıqlamasında bunu təsdiq edib: “Sadəcə rəsmi sənədləşməni gözləyirik”.  


Xəbər xətti